XƏBƏR XƏTTİ
   

Cənubi Qafqazda ilk müstəqil hərbi informasiya agentliyi olan “MilAz” İnformasiya Agentliyi 2007-ci ilin iyul ayının 21-də müdafiə və təhlükəsizlik sektoru sahəsində uzun illər maarifləndirmə işi ilə məşğul olan ekspertlər tərəfindən yaradılıb.

“MilAz” sözü 2 ingilis sözünün – Military Azerbaijan – birləşməsindən əmələ gəlib və hərfi mənası “Hərbi Azərbaycan” deməkdir.

Cənubi Qafqazda ilk müstəqil hərbi sayt olan www.milaz.info saytı “MilAz” İnformasiya Agentliyinin rəsmi veb səhifəsidir. “MilAz” İA-nın yaradılmasnda məqsəd müdafiə və təhlükəsizlik sektoruna aid xəbər və məlumatların yayılmasına, bu sektordakı proseslərin öyrənilməsi və tədqiqinə müstəqil jurnalistlərin, QHT-lərin, geniş ictimaiyətin cəlb edilməsi vasitəsilə bu sahəyə ictimai nəzarətin gücləndirilməsinə və təhlükəsizliyimizin möhkəmləndirilməsinə dəstək verməkdir.

“MilAz” İA Cənubi Qafqaz ölkələrinin, o cümlədən Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda həyata keçirilən islahatların mövcud vəziyyəti, perspektiv planları və s. barədə xəbər, məlumat, şərh və təhlil yayır, silahlı qüvvələrin, ayrı-ayrı qoşun növlərinin, hərbi birləşmələrin, müdafiə və təhlükəsizlik sektoruna aid edilən digər bütün qurumların fəaliyyətini, bu sektorda çalışan insanların sosial durumunu, müdafiə və təhlükəsizlik sahəsinə nəzarət problemlərini əks etdirən təhlil və araşdırmaları www.milaz.info saytında yerləşdirir.

“MilAz” İA həmçinin Azərbaycanın, eləcə də region ölkələrinin müdafiə və təhlükəsizlik sektorunu əhatə edən qanunvericiliyinin müasirləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində ortaya çıxan məqamları gündəmdə saxlayır. Diqqət mərkəzində olan məsələlərdən biri Qafqaz ölkələrinin NATO ilə Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planlarıdır (IPAP). “MilAz” İA bu planlar çərçivəsində nəzərdə tutulan məqsədlərin həyata keçirilməsində vəziyyətin monitorinqinin nəticələrini daim ictimailəşdirir.

Yuxarıda göstərilənlərə nail olmaq üçün “MilAz” İnformasiya Agentliyinin idarə heyəti müvafiq dövlət strukturları, beynəlxalq təşkilatlar, yerli və xarici QHT-lər, QHT koalisiyaları, ekspertlər, KİV-lər və ayrı-ayrı jurnalistlərlə sıx əməkdaşlıq edir.

“MilAz” İnformasiya Agentliyi fəaliyyəti dövründə bir sıra layihələrdə informasiya dəstəkçisi kimi iştirak edib. 2009-cu ilin mart-iyul ayları ərzində NATO-nun İctimai Diplomatiya Bölməsi Azərbaycanın NATO ilə əlaqələrinə dair www.milaz.info saytında dərc olunan məqalələrin rus və ingilis dillərinə tərcümə olunmasına dəstək göstərib.




11/03/2010
Bərdədə hərbi yürüş keçirilib
11/03/2010
XƏZƏRİN TƏHLÜKƏSİZLİYİ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNUR
11/03/2010
Qərb Rusiya amilini ortadan qaldırmayıb
11/03/2010
«Madrid prinsipləri böyük sazişin müzakirəsinə aparır»
11/03/2010
“GUAM Sülhməramlı Qüvvələrinin yaradılması müzakirə olunmur”
11/03/2010
Qarabağ probleminin həlli imkanları azalıb
11/03/2010
Rusiya və ABŞ-ın münaqişənin həllində fəallığı yoxdur
11/03/2010
Sarkozi Qarabağ sülh prosesindən narahatdır
11/03/2010
"ABŞ Konqresinin qərarı Qarabağ münaqişəsinə də təsir edəcək"
11/03/2010
Ötən il Azərbaycanda xarici xüsusi xidmət orqanlarına işləyən 16 hərbi qulluqçu və 9 mülki şəxs cinayət məsuliyyətinə cəlb edilib
11/03/2010
Azərbaycanın Hərbi Doktrinası 2010-cu ildə də parlamentin müzakirəsinə çıxarılmayacaq
11/03/2010
Cəsur Sümərinli: "NATO standartlarıyla təhsil almış hərbçilər sovet sisteminin yetirdiyi hərbçilərin tabeliyində işləməyə məcburdurlar"
11/03/2010
NATO-nun astanasında: İçəri keçək?
11/03/2010
Çağırışçılar uğrunda dava
11/03/2010
«Hərbi əməliyyatların bərpası təhlükəsi realdır»
11/03/2010
QARABAĞ DANIŞIQLARINDA MÜƏMMALI FƏALLAŞMA
11/03/2010
Baş nazirin mətbuat konfransında müdafiə naziri ilə jurnalist dalaşdı
11/03/2010
“Müharibə başlasa Türkiyə və Rusiya münaqişəyə qarışacaq”
10/03/2010
Xəzərin statusu ilə bağlı yaxın gələcəkdə önəmli qərarlar qəbul ediləcək - İran XİN-in sözçüsü
10/03/2010
Türkiyə DİN-in Sahil Mühafizəsinin komandanı Azərbaycanda rəsmi səfərdədir
10/03/2010
NATO-dan BÖYÜK RUSİYA və İRAN VAR
10/03/2010
BƏXTİYAR SADIQOV: “ƏMRİNƏ MÜNTƏZİRİK, ALİ BAŞ KOMANDANIMIZ!”
10/03/2010
Bakı səmasında hərbi təyyarə yandı
10/03/2010
ABŞ ordusunda xarici dil bilənlərə hər ay 500 dollar veriləcək
10/03/2010
Hacıqabuldakı hərbi şəhərcikdə gərginlik davam edir