ƏN ÇOX OXUNANLAR

MƏTBUAT İCMALI
Hərbçilərin maaşi neçe faiz artırılmalıdır?



Nəticə



Savunma Sanayi.NET Haftalýk Savunma Sanayi Haberleri Çevrimiçi Gazetesi
 
«Ermənistan Madrid Prinsiplərindən imtina editb»
10:50 22-06-2010


Vəfa Quluzadə: «Yalnız, BMT, NATO qərar verməli, tələb etməlidir ki, ermənilər işğal etdikləri ərazilərdən çıxsınlar»


Aydın Mirzəzadə: «Rusiyanın yeni təşəbbüsü və prosesə ciddi müdaxilə cəhdləri təqdirəlayiqdir»


«Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan, Rusiya və Ermənistan prezidentləri arasında keçirilən üçtərəfli görüş zamanı Bakı ilə İrəvanın Madrid prinsipləri əsasında dialoqun davam etdirilməsinə hazır olduqları barədə bəyanat formal xarakter daşıyır». Bu fikirləri xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri Vəfa Quluzadə Sankt-Peterburqda Azərbaycan və Ermənistanın münaqişənin həlli ilə bağlı sülh danışıqlarını bundan sonra da davam etdirməsinə hazır olması barədə bir mövqeyinə münasibət bildirərkən səsləndirib. Qeyd edək ki, danışıqlar zamanı tərəflərin mübahisəli məsələlər ətrafında mövqelərinin yaxınlaşdığı qeyd olunub. Hər iki tərəf ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə yekun sənədin imzalanması istiqamətində dialoqun davam etdirilməsini təsdiqləyib.
Xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri isə deyir ki, deyir ki, bu görüş və orada verilən bəyanat formal xarakter daşıyır: «Ermənistan Madird prinsiplərindən imtina edib. Bu addım isə dünya ictimaiyyəti tərəfindən pis qarşılanır. Ona görə də belə bir görüntü yaradır ki, guya dialoqa hazırdır. Ermənistanla hər hansı dialoqa ehtiyac yoxdur. Çünki, Azərbaycanın torpaqlarını ermənilər işğal ediblər. Ona görə də BMT, NATO qərar verməli, tələb etməlidir ki, ermənilər işğal etdikləri ərazilərdən çıxsınlar. Eyni zamanda Rusiya da cəzalandırılmalıdır. Çünki onların arxasında məhz Rusiya durur».
YAP-çı deputat Aydın Mirzəzadə isə hesab edir ki, Rusiyanın yeni təşəbbüsü və prosesə ciddi müdaxilə cəhdləri təqdirəlayiqdir: «Ən əsası ona görə ki, bu dövlət Azərbaycanın ərazi bütövlüyünü tanıyır və məsələnin sülh yolu ilə həllinə tərəfdardır. Bütün bunlar Ermənistan üçün son şanslardan biri sayılmalıdır. Çünki Azərbaycan hələlik münaqişənin həllində sülh yoluna üstünlük verir». Üç prezidentin əvvəlki görüşünün bu ilin yanvar ayında Soçi şəhərində keçirildiyini xatırladan deputat bildirir ki, bu danışıqlarda müəyyən irəliləyişlər əldə edilmişdi: «Ermənistan son varianta cavab vermək üçün iki həftə vaxt istəmişdi. Amma Ermənistan hər zaman olduğu kimi məsuliyyətsizlik və intizamsızlıq nümayiş etdirdi. Ona görə də, Azərbaycan beynəlxalq ictimaiyyəti, ATƏT-in Minsk qrupunun həmsədrlərini Ermənistanın bu hərəkətlərinə göz yummamağa çağırırdı. Çox diqqətçəkəndir ki, yenidən Rusiya prezidentinin iştirakı ilə Sankt-Peterburqda görüş keçirildi. Tərəflərin mövqeyində müəyyən yaxınlaşmaların olduğu bildirildi. Azərbaycan hər zaman problemlərin diplomatik yolla həllinə hazırdır. Amma Ermənistanın məsuliyyətsizliyi, qeyri-konstruktivliyi göz önündədir. Ona görə də, Azərbaycan da buna uzun müddət dözüm nümayiş etdirə bilməz. Həmin danışıqların nəticəsi olaraq yaxın günlərdə həmsədrlərin regiona səfəri gözlənilir. Əgər bu görüşdə müəyyən nəticələr, şifahi razılıqlar əldə edilibsə, gələcəkdə də danışıqların inkişaf etdirilməsi mümkündür».

Pərviz Həşiml,
iwww.bizimyol.az
 
XƏBƏR XƏTTİ

TOP 100 MILITARY SITES site stats

  © Copyright 2007
Brouzerlər üçün optimaldır. Bu veb-səhifədə yer alan hər hansı fikir və məzmun heç də bizim mövqeyimizi əks etdirmir. Hər bir halda bütün hüquqları Milaz özündə saxlayır və hər hansı iddia və ya tələbə görə məsuliyyət daşımır. Website is designed & programmed & run by Farsuna