|
AZYAŞLI QIZI QAÇIRAN ƏSGƏR TUTULDU
|
18:55 12-07-2010
|
|
Bakının Nərimanov rayonunda qız qaçıran əsgər yaxalanıb. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən musavat.com-a daxil olan məlumata görə, iyulun 10-da “N” saylı hərbi hissənin əsgəri, 1992-ci il təvəllüdlü Ədalət Hüseynov qeyd olunan rayonun ərazisində evlənmək məqsədi ilə 15 yaşlı qızı (etik qaydalara görə qızın adını yazmırıq) qaçırıb. Qızın yaxınları hadisə haqda hüquq-mühafizə orqanlarına məlumat verəndən sonra həyata keçirilmiş tədbirlər nəticəsində oğlan tutulub. Qız isə öz evlərinə qaytarılıb. Qız Rusiya vətəndaşıdır və oğlanla əvvəldən tanış olduğu qeyd edilir. Əsgərin saxlanıldıqdan sonra xidmət etdiyi hərbi hissəyə göndərildiyi və orada cəzalandırılacağı bildirilir. Faktla bağlı araşdırma aparılır.
S.Kazımlı
|