ƏN ÇOX OXUNANLAR

MƏTBUAT İCMALI
Hərbçilərin maaşi neçe faiz artırılmalıdır?



Nəticə



Savunma Sanayi.NET Haftalýk Savunma Sanayi Haberleri Çevrimiçi Gazetesi
 
ABŞ "Manas"ın taleyindən narahatdır
09:11 15-07-2010



ABŞ "Manas" hərbi bazasının gələcək taleyi ilə bağlı ziddiyyətli informasiyaların gəlməsindən narahat olaraq Qırğızıstana öz nümayəndələrini göndərib. "Kommersant"ın yazdığına görə, artıq Bişkekdə prezident Roza Otunbayeva ilə Barak Obamanın Rusiya və Avrasiya üzrə müşaviri Maykl Makfol danışıqlar aparıblar. Amerika hərbi bazalarının gələcək taleyi ilə bağlı məsələ bu görüşdə qaldırılmayıb. Əsasən söhbət Qırğızıstanda yaşanan problemlərin həlli və iyunun əvvəllərində ölkənin cənubunda qırğızlarla özbəklər arasında baş vermiş qanlı toqquşmalardan sonra yaranmış vəziyyətdən çıxış yolları müzakirə edilib.

Lakin Makfolun Bişkek səfərini ekspertlər həm də "Manas"ın gələcək taleyinə aydınlıq gətirilməsi ilə əlaqələndirirlər. Mayın əvvəllərində Ağ Ev rəhbərinin məhz bu köməkçisi Qırğızıstana gələrək "Manas"la bağlı danışıqlar aparıb. Qırğızıstanın hazırkı baş nazirinin müavini Azimbek Beknazarovun müsahibəsində səsləndirdiyi fikirlər Vaşinqtonun narahatlığının nədən yarandığını bir daha təsdiqləyir. O bildirib ki, parlament seçkiləri başa çatdıqdan sonra "Manas"la şəxsən məşğul olacaq. Çünki bu hərbi bazadan terrora qarşı mübarizədə istifadə olunmur. Hətta Beknazarov iyunun ortalarında hərbi bazanı bağlayacaqları ilə də hədələmişdi. Bildirib ki, Böyük Britaniya hökuməti keçmiş prezident Kurmanbek Bakiyevin oğlu Maksim Bakiyevi Bişkekə təhvil verməkdən imtina etsə, bu, baş verə bilər. Bəzi ekspertlər bu danışıqların arxasında Qırğızıstana ölkə ərazisindəki ABŞ hərbi bazasını bağlamaqla bağlı çoxdan təzyiq göstərən Moskvanın təsiri olduğunu düşünürlər. Lakin Obama administrasiyası Qırğızıstanda Rusiya - ABŞ qarşıdurmasının olduğunu tamamilə rədd edir. Bununla belə, Amerika mətbuatı iddia edir ki, keçən ilin əvvəlində Rusiya "Manas"ın bağlanmasına demək olar ki, nail olmuşdu. Lakin Bakiyev Moskvanı aldatdı. ABŞ-ın hərbi bazaya görə icarə haqqını qaldırmasından sonra eks-prezident "Manas"ı tranzit yüklərin daşınması mərkəzinə çevirdi. Bakiyevin bu qərarı Moskvanı məyus etdiyi üçün onun hakimiyyəti ilə münasibətlər getdikcə gərginləşdi. Aprelin 1-dən Moskva Qırğızıstana ixrac edilən benzinə əlavə dəyər vergisini kəskin şəkildə artırdı. Bu qərardan bir neçə gün sonra isə ölkədə Bakiyevin qaçması ilə nəticələnən qanlı olaylar yaşandı.

Qeyd edək ki, iyunun son ongünlüyündə "Manas" hərbi bazası ilə bağlı ABŞ-la Rusiya arasında gizli danışıqların aparıldığına dair məlumatlar yayılmışdı. Həmin məlumatlarda bildirilirdi ki, əldə olunacaq razılaşmaya əsasən, Manasdakı ABŞ hərbi texnikalarını tam olaraq yanacaqla Rusiya təmin edəcək. Bişkekdə də belə bir razılaşmanın əldə olunması dəstəklənir. Çünki bu, əlavə vasitəçilərin mövcudluğuna zərurəti aradan qaldırırdı. Qırğızıstan həm də ümid edirdi ki, ABŞ-la Rusiya arasında əldə olunacaq belə bir razılaşma aprelin 1-dən benzinin idxalına tətbiqlənən həmin əlavə vergiləri də aradan qaldıracaq.

Bu arada Qazaxıstan sərhədini qanunsuz keçməyə çalışan və at qaçaqmalçılığı ilə məşğul olan Qırğızıstanın 2 vətəndaşı öldürülüb. İnsident zamanı 1 sərhədçi ağır yaralanıb. RİA "Novosti"nin verdiyi xəbərə görə, bu məlumatı Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidmətinin direktor müavini Amangəldi Abılkanov açıqlayıb. O bildirib ki, iyulun 13-də günün 2-ci yarısında Qazaxıstan - Qırğızıstan sərhədinin "Satı" zastavası ərazisində sərhədçilər bir qrup sərhəd pozucusu aşkar ediblər. Qırğızıstan vətəndaşı olan sərhəd pozucuları dağ yolları ilə Qazaxıstana at ilxısı keçirməyə cəhd göstəriblər. Sərhədçilər onları dayandırıb sənədlərini yoxlamaq istəyərkən silahlı müqavimətlə üzləşiblər. Nəticədə 1 sərhədçi yaralanıb. Silah tətbiq edən sərhədçilər 2 pozucunu öldürüblər, 1-i isə sağ yaxalanıb. Sərhəd pozucularından 3 ədəd odlu silah və 20 at götürülüb. Qırğızıstanda iyunda baş vermiş kütləvi iğtişaşlar nəticəsində azı 893 nəfər ölüb. "Kommersant"ın verdiyi məlumata görə, bu rəqəmi müvəqqəti hökumətin baş nazir müavini, güc strukturlarına məsul olan Azimbek Beknazarov deyib. O bildirib ki, söhbət rəsmi qeydiyyata alınan ölüm faktlarından gedir, əslində isə ölənlərin real sayı daha çoxdur. Çünki qeydiyyata alınmadan basdırılan meyitlər olub.


Azad Əliyev,
www.hafta-ichi.com
 
XƏBƏR XƏTTİ

TOP 100 MILITARY SITES site stats

  © Copyright 2007
Brouzerlər üçün optimaldır. Bu veb-səhifədə yer alan hər hansı fikir və məzmun heç də bizim mövqeyimizi əks etdirmir. Hər bir halda bütün hüquqları Milaz özündə saxlayır və hər hansı iddia və ya tələbə görə məsuliyyət daşımır. Website is designed & programmed & run by Farsuna