ƏN ÇOX OXUNANLAR

MƏTBUAT İCMALI
Hərbçilərin maaşi neçe faiz artırılmalıdır?



Nəticə



Savunma Sanayi.NET Haftalýk Savunma Sanayi Haberleri Çevrimiçi Gazetesi
 
Separatçıların lideri Dağlıq Qarabağın gələcək statusundan danışdı
00:55 24-07-2010


Ermənistan danışıqların formatında dəyişikliyə növbəti dəfə cəhd edir


Dağlıq Qarabağ separatçıları özlərinin danışıqlar prosesində iştirakının təmin etmək üçün iş aparır. Bunu separatçıların lideri Bako Saakyan Xankəndidə jurnalistlərə deyib. Onun sözlərinə görə, ATƏT-in Minsk qrpunun bu məsələyə yanaşması dəyişib. Bako Saakyan bildirib ki, Ermənistan da bu istiqamətdə iki ildir fəaliyyət göstərir: “Rəsmi bəyanatlarda erməni tərəfi qeyd edir ki, danışıqlarda Dağlıq Qarabağı təmsil edir. Lakin onu da bildirir ki, Dağlıq Qarağağın iştirakı olmadan nizamlanma ilə bağlı qərar qəbul etmək mümkün deyil”. Qarabağ separatçılarının lideri hesab edir ki, onlar danışıqlarda iştirak etməydilər, ATƏT-in Minsk qrupu daha böyük nəticələrə nail ola bilərdi.

Bako Saakyan Dağlıq Qarabağın gələcək statusundan da danışıb. Onun sözlərinə görə, separatçılar Dağlıq Qarabağın yekun statusunu keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi çərçivəsində görmür. Münaqişənin həlli ilə bağlı qarşılıqlı güzəştlər ehtimalına toxunan separatçı lider bildirib ki, bu məsələdə tərəflərin mövqeləri haçalanır. O deyib ki, seperatçılar danışıqlar prosesində iştirak etsələr, status məsələsində mövqelərini ortaya qoya bilərlər.
 
XƏBƏR XƏTTİ

TOP 100 MILITARY SITES site stats

  © Copyright 2007
Brouzerlər üçün optimaldır. Bu veb-səhifədə yer alan hər hansı fikir və məzmun heç də bizim mövqeyimizi əks etdirmir. Hər bir halda bütün hüquqları Milaz özündə saxlayır və hər hansı iddia və ya tələbə görə məsuliyyət daşımır. Website is designed & programmed & run by Farsuna