ƏN ÇOX OXUNANLAR

MƏTBUAT İCMALI
Hərbçilərin maaşi neçe faiz artırılmalıdır?



Nəticə



Savunma Sanayi.NET Haftalýk Savunma Sanayi Haberleri Çevrimiçi Gazetesi
 
İki gün gedən ağır döyüşdə 26 talib qətlə yetirilib
20:17 25-07-2010


Döyüş Əfqanıstanın Barqe Matal bölgəsində baş verib



Əfqanıstanın Nuristan əyalətinin Barqe Matal bölgəsində 2 gün davam edən ağır döyüş nəticəsində Əfqanıstan polisinin təhlükəsizlik qüvvələri və NATO aviasiyası “Taliban” hərəkatının 26 silahlısını məhv edib. Bu barədə əyalətin qubernatorunun mətbuat xidməti məlumat verib.

Taliblərin nümayəndəsi Zabiulla Mucahid isə bildirib ki, Pakistanla sərhəddə yerləşən Barqe Matalda gedən hərbi əməliyyatda 8 əfqan polisi öldürülüb, 15-i əsir götürülüb. O cümlədən, iki Amerika vətəndaşı taliblər tərəfindən oğurlanıb. Artıq onlardan birinin meyiti tapılıb, digərinin isə axtarışı davam etdirilir.

Əfqan rəsmiləri digər amerikalının axtarışı üçün yerli əhalini köməyə çağırıb. Və hər hansı bir informasiya üçün 20 min dollar mükafat vəd edilib.

Qeyd edək ki, Pakistanla sərhəddə yerləşən Barqe Matal ərazisinə əlavə qoşun göndərilməsi xahişi ilə Nuristan əyalətinin qubernatoru Əfqanıstanın güc strukturlarına yerli televiziya ilə 2 gün əvvəl müraciət edib.

Xatırladaq ki, bir ay ərzində taliblərlə mübarizədə beynəlxalq hərbi qüvvələrin 75 hərbçisi öldürülüb ki, onlardan 56-sı Amerika əsgəridir.
 
XƏBƏR XƏTTİ

TOP 100 MILITARY SITES site stats

  © Copyright 2007
Brouzerlər üçün optimaldır. Bu veb-səhifədə yer alan hər hansı fikir və məzmun heç də bizim mövqeyimizi əks etdirmir. Hər bir halda bütün hüquqları Milaz özündə saxlayır və hər hansı iddia və ya tələbə görə məsuliyyət daşımır. Website is designed & programmed & run by Farsuna