ƏN ÇOX OXUNANLAR

MƏTBUAT İCMALI
Hərbçilərin maaşi neçe faiz artırılmalıdır?



Nəticə



Savunma Sanayi.NET Haftalýk Savunma Sanayi Haberleri Çevrimiçi Gazetesi
 
İran dilemması: Azərbaycan nə etməlidir?
08:16 29-07-2010



Qərblə-Rusiya arasında sanksiyalarla bağlı ziddiyətlər Bakını «iki od» arasında qoyur

Ərəstun Oruclu: “Qərbin İran siyasətinə etimad göstərmək yanlış olardı”


Avropa Birliyinin İrana qarşı sanksiyası Türkiyə də daxil olmaqla postsovet ölkələrində etirazla qarşılanıb. Konkret olaraq Rusiya XİN-nin rəsmisi Andrey Nesterenko bu sanksiyaları yolverilməz olduğunu bəyan edib: “Bu, nəinki bizim İranın nüvə proqramı ilə bağlı yaranmış durumu diplomatik yolla nizamlamaq üçün birgə səylərimizi korlayır, həmçinin BMT Təhlükəsizlik Şurasının razılaşdırılmış qətnaməsinə qarşı sayğısızlıqdır”.
Rusiya və Türkiyənin İran məsələsində mövqelərinin üst-üstə düşməsi güman ki, rəsmi Bakının da maraqlarına cavab verir. Amma bütün hallarda bu sanksiyaların Azərbaycanın İranla iqtisadi əlaqələrinə təsirinin olub-olmayacağı barədə sual yaradır.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deiyr ki, Azərbaycan Avropa Birliyinin sanksiyalarında formal olaraq iştirak etmir: “Ona görə ki, Azərbaycan Avropa Birliyinin üzvü deyil. Məsələ ondadır ki, AB-nin qəbul etdiyi sanksiyalar daha çox Avropa Birliyinin üzv ölkələrinə aid qərardır. Sadəcə, Azərbaycan öz xarici siyasətini müəyyənləşdirmədiyindən yenə də yolayrıcında qalacaq. Bir tərəfdən Moskva sanksiyaları rədd edib İrana münasibətdə öz siyasətini həyata keçirməkdə davam etdəcəksə, Azərbaycan ən azı coğrafi baxımdan Rusiya üçün önəmlidir. Yəni yüklərin daşınması və sairə məsələlərdə. Başqa tərəfdən, güman etmirəm ki, Avropa Birliyi Azərbaycandan sanksiyalara qoşulmağı tələb etsin, yaxud orada müəyyən rol oynasın. Buna görə Azərbaycan “iki od arasında qalır”, bir tərəfdən Rusiya, əks tərəfdən Avropa Birliyi. Formal nöqteyi-nəzərdən yanaşdıqda Azərbaycan Avropa Birliyinin qərarlarını hüquqi baxımdan icra etməkdə görəvli deyil”.
Politoloq düşünür ki, Azərbaycanın İrana münasibətdə öz siyasəti olmalıdır: “Çünki İran qonşu ölkədir və əhalisinin yarısı azərbaycanlılardır, ona görə Azərbaycan siyasətində bu amillərdən çıxış etməlidir. Nəhayət, Azərbaycan İrana yönəlik siyasətini daha çox Türkiyə ilə razılaşdırsa səmərəli olar”. Türkiyənin İran siyasətinə gəldikdə, o, bildirdi ki, Ankara 1990-cı illərdə İraqa qarşı sanksiyalarda iştirak etməklə öz iqtisadiyyatına təxminən 100 milyard dollardan çox ziyan vurmuşdu. Sonradan ABŞ Türkiyəyə 1 milyard yarım kompensasiya təklif etdi və bunun müqabilində bir neçə siyasi şərtlər qoydu. Amma Ankara bu şərtləri rədd etdi. Yəni Türkiyə öz qonşularına qarşı boykot siyasəti ilə böyük itkilərə yol verib. Görünür, ikinci dəfə bu yolu getmək türk siyasətinə məqbul görünmür. Əgər İranla mədəni və iqtisadi əlaqələri olan Türkiyə bu siyasətdən qaçırsa, tarixi-dini, etnik əlaqələri olan Azərbaycan bu məqamı nəzərə almalıdır. Təsəvvür edin ki, müharibə başlayır və Azərbaycana kütləvi qaçqın ordusu gəlir ki, əksəriyyəti azərbaycanlılardır. Onda nə baş verdiyini bir anlığa xatirimizdə canlandıraq. Ona görə də Qərbin İran siyasətinə etimad göstərmək yanlış olardı. Qərb bu gün İrana qarşı sanksiyalar həyata keçirir və Azərbaycanı da bu prosesə qoşur, sabah isə geri çəkilir. O zaman Azərbaycanın hansı vəziyyətə düşməsini təsəvvür etmək belə çətindir. Axı biz dəfələrlə Qərbin siyasətində bu cür halların şahidi olmuşuq. Elə götürək Qərbin daxili siyasətimizlə bağlı addımlarına, demokratları irəli verib dəstəkləmək adı altında hakimiyyətə təzyiq edir, amma hakimiyyətdən əldə etdiyi şeyləri götürəndən sonra demokratiya və insan haqlarını yerli polisin təpikləri altına atır. Buş hökumətinin siyasəti buna misaldır. Ona görə də Qərblə geniş mənada, xüsusən İran məsələsində əməkdaşlıq etmək yanlışdır. Amma Azərbaycan Tehrana həm də Ermənistan siyasətinə yenidən baxmağı şərt olaraq qoymalıdır. Əgər Azərbaycan İrana qarşı sanksiyalara qoşulmursa, bunun müqabilində Tehrandan öhdəliklər tələb etməlidir”.

Natiq CAVADLI
www.bizimyol.az
 
XƏBƏR XƏTTİ

TOP 100 MILITARY SITES site stats

  © Copyright 2007
Brouzerlər üçün optimaldır. Bu veb-səhifədə yer alan hər hansı fikir və məzmun heç də bizim mövqeyimizi əks etdirmir. Hər bir halda bütün hüquqları Milaz özündə saxlayır və hər hansı iddia və ya tələbə görə məsuliyyət daşımır. Website is designed & programmed & run by Farsuna