ƏN ÇOX OXUNANLAR

MƏTBUAT İCMALI
Hərbçilərin maaşi neçe faiz artırılmalıdır?



Nəticə



Savunma Sanayi.NET Haftalýk Savunma Sanayi Haberleri Çevrimiçi Gazetesi
 
NATO Əfqanıstanda uduzub
08:47 29-07-2010


Pentaqonun mətbuata sızan məxfi sənədləri gizli həqiqətləri aşkara çıxarıb



NATO Taliban qarşısında müdafiəyə keçməyə məcbur olub
Amerika ordusuna məxsus və Əfqanıstan müharibəsinə dair faktları əks etdirən 90 mindən artıq məxfi sənədin mətbuata sızdırılmasının hərbi təhlükəsizliyə təsiri ilə yanaşı, əhəmiyyətli siyasi təsirlərə də gətirib çıxaracağı gözlənilir. Pentaqon sənədləri kənara ötürən adamı tapmaqda qərarlı olduğunu ifadə edib. Gündəmdə olan başlıca sual isə sənədlərin sızdırılmasından kimin daha çox siyasi dividend əldə edəcəyi ilə bağlıdır. Xarici mətbuat təhlillərində daha çox yer verilən fikir Əfqanıstan müharibəsinə qarşı çıxan qrupların bu hadisədən daha böyük qazanc əldə edəcəyi ilə bağlıdır. Sızdırılan sənədlərdə Əfqanıstanda xarici qüvvələrin xəbərlərdə əks olunmayan əməliyyatlarında yüzlərlə dinc vətəndaşı öldürdüyünü ortaya qoyan, Pakistanın kəşfiyyat xidmətinin Talibana dəstək verdiyinə işarə edən məlumatlar yer alıb. Qərbi ən çox narahat edən isə odur ki, bu sənədlər Əfqanıstanda koalisiya qüvvələrinin Talibana qarşı müharibədə hücum mövqeyindən müdafiəyə keçdiyini əks etdirir. Başqa sözlə, ABŞ və müttəfiqləri Taliban qarşısında aciz qalmalarının sənədli dəlillərinin ortaya çıxmasından şoka düşüblər. ABŞ prezidenti Barak Obamanın müharibə ilə bağlı mövqe sənədini hazırlayan Mərkəzi Kəşfiyyat Agentliyinin səlahiyyətlisi Bryus Ridel sənədlərin xüsusilə müharibə əleyhdarı olan çevrələrin işinə yarayacağını söyləyir. Ancaq Ridelə görə, Obama adminstrasiyası da Əfqanıstanda problemlərin əvvəlki prezident Corc Buş dövründə məsuliyyətsizlikdən qaynaqlandığını və onların həlli üçün kifayət qədər səy göstərilmədiyini söyləyərək öz mövqeyini gücləndirə bilər. Pakistanlı səlahiyyətlilərə görə isə sənədlərin sızdırılması ABŞ və Pakistan arasındakı yaxşı əlaqələri pozmaq istəyənlərin işidir. Ağ Ev sözçüsü Robert Cibs sızdırılan sənədlərdə yer alan materialların yeni olmadığını, amma sənədlərdə detalların və adların göstərilməsinin təhlükəsizlik baxımından böyük risk yaratdığını dilə gətirib. Bəzi vətəndaş cəmiyyəti qrupları isə hesab edir ki, ictimaiyyətdən gizlədilən dinc əhali ölümlərini ortaya qoyan sənədlər müharibə cinayətlərinə dəlil-sübutdur. ABŞ Müdafiə Nazirliyinin Vyetnam müharibəsi ilə əlaqədar sənədlərini 1971-ci ildə sızdıran Daniel Elsberq isə bildirib ki, sənədlərin miqdarı əhəmiyyətli dərəcədə böyükdür və bunu oxuyanlara Əfqanıstan müharibəsinin real səviyyəsi ilə əlaqədar məlumat çatdıracaq.

Şahin,
www.bizimyol.az
 
XƏBƏR XƏTTİ

TOP 100 MILITARY SITES site stats

  © Copyright 2007
Brouzerlər üçün optimaldır. Bu veb-səhifədə yer alan hər hansı fikir və məzmun heç də bizim mövqeyimizi əks etdirmir. Hər bir halda bütün hüquqları Milaz özündə saxlayır və hər hansı iddia və ya tələbə görə məsuliyyət daşımır. Website is designed & programmed & run by Farsuna