ƏN ÇOX OXUNANLAR

MƏTBUAT İCMALI
Hərbçilərin maaşi neçe faiz artırılmalıdır?



Nəticə



Savunma Sanayi.NET Haftalýk Savunma Sanayi Haberleri Çevrimiçi Gazetesi
 
Kasetli silahların qadağan olunmasını nəzərdə tutan konvensiya dekabrda imzalanacaq
05:39 31-10-2008

Dekabrın 2-3-də Osloda kasetli silahların qadağan olunmasını nəzərdə tutan konvensiyanın imzalanma mərasimi keçiriləcək.

Bu barədə «MİLAZ» İA-ya «Minalar Əleyhinə Azərbaycan Kampaniyası» İctimai Birliyinin direktoru Hafiz Səfixanov məlumat verib.

BMT Baş Katibi Ban Gi Munun iştirakı ilə keçiriləcək tədbirdə sənədin 107 ölkə tərəfindən imzalanması nəzərdə tutulur: «Kasetli silahların qadağan olunmasını nəzərdə tutan konvensiyanın hazırlanması və imzalanması son 10 ildə silahsızlaşdırma ilə bağlı ən böyük hadisədir».

Qeyd edək ki, kasetli silahların qadağan olunmasını nəzərdə tutan yeni beynəlxalq müqavilənin hazırlanması ideyası Norveç hökuməti tərəfindən irəli sürülüb və bu ideyaya dəstək verən 46 ölkənin rəsmi nümayəndələri 2007-ci ilin fevral ayında «Oslo Bəyannaməsi»ni qəbul ediblər. Bu ilin may ayında keçirilmiş Dublin Diplomatik Konfransında isə kasetli silahların qadağan olunmasını nəzərdə tutan beynəlxalq konvensiyanın mətni hazırlanıb.

Statistika: ən azı 15 ölkənin - ABŞ, Böyük Britaniya, Fransa, İsrail, Rusiya, Eritriya, Efiopiya, Mərakeş, Niderland, Nigeriya, Səudiyyə Ərəbistanı, Sudan, Taciksitan, keçmiş Yuqoslaviya və Gürcüstanın bu silahlardan istifadə etməsi barədə məlumatlar var. Bundan başqa qeyri-dövlət hərbi qurumlar da bu silahdan istifadə edir. (məsələn Hizbullah 2006-cı ildə Livanda)

34 ölkə tərəfindən 210 adda belə silah növünün istehsalı nəticəsində 78 ölkədə bu silahın milyardlarla ehtiyatı toplanıb. 13 ölkə tərəfindən istehsal olunmuş 50 növ kasetli silah digər 60 ölkəyə verilmişdir. Hazırda bu ölkələrin hamısı kasetli silahların qadağan olunmasına tərəfdar çıxan ölkələrdir.

Ən azı 27 ölkənin ərazisi – Əfqanıstan, Albaniya, Anqola, Azərbaycan, Bosnia və Hersoqovina, Kamboca, Çad, Xorvatiya, Konqo DR, Eritriya, Efiopiya, Rusiya, İraq, İsrail, Küveyt, Laos, Livan, Monteneqro, Səudiyyə Ərəbistanı, Serbiya, Sierro Leon, Sudan, Suriya, Tacikistan, Uqanda, Vietnam - kasetli silahların təsirinə məruz qalıb. Kasetli silahların təsirinə məruz qalmış axırıncı ölkə Gürcüstandır.

Azərbaycanda da aparılmış təhqiqatlar nəticəsində aktiv döyüş əməliyyatlarının aparıldığı dövrdə müharibədə iştirak etmiş tərəflərin keçmiş SSRİ istehsalı olan kasetli silahlardan istifadə etdiyi müəyyənləşdirilib. Bunlar əsasən kasetli aviabombalar, «Qrad» tipli reaktiv atəş sistemi və 120 mm-lik mərmilər olub.
 
XƏBƏR XƏTTİ

TOP 100 MILITARY SITES site stats

  © Copyright 2007
Brouzerlər üçün optimaldır. Bu veb-səhifədə yer alan hər hansı fikir və məzmun heç də bizim mövqeyimizi əks etdirmir. Hər bir halda bütün hüquqları Milaz özündə saxlayır və hər hansı iddia və ya tələbə görə məsuliyyət daşımır. Website is designed & programmed & run by Farsuna